...

Bakı Metropoliteni Rusiya istehsalçısından yeni nəsil vaqonlar alır

Cəmiyyət Materials 8 Noyabr 2013 11:39 (UTC +04:00)
İlin sonuna qədər Bakı Metropoliteni ilə Rusiyanın "Transmaşholdinq" şirkəti arasında 15 yeni nəsil vaqonun alınması haqqında saziş imzalanacaq.
Bakı Metropoliteni Rusiya istehsalçısından yeni nəsil vaqonlar alır

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.İsmayılov/

İlin sonuna qədər Bakı Metropoliteni ilə Rusiyanın "Transmaşholdinq" şirkəti arasında 15 yeni nəsil vaqonun alınması haqqında saziş imzalanacaq. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Bakı Metropoliteninin rəhbəri Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, yeni vaqonlar Azərbaycana 2014-cü ilin yanvar-fevralında çatdırılacaq.

T.Əhmədov bildirib ki, yeni vaqonların Bakı metrosunun yeni "bənövşəyi" xəttinin işə salınması çərçivəsində istismar olunması planlaşdırılır.

Bundan əvvəl "Transmaşholdinq"lə imzalanan müqavilə çərçivəsində Bakıya sınaq üçün beş vaqon çatdırılmışdı ki, yarım il ərzində onlardan maşinistlərin təlimi üçün istifadə olunub. Yeni vaqonların Bakıya çatdırılması və istismarı ödənişsiz əsasda həyata keçirilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti