...

Bakı Metropoliteni yeni stansiyaların tikintisində mümkün ləngimələrin səbəblərini açıqlayıb

Cəmiyyət Materials 8 Noyabr 2013 12:29 (UTC +04:00)
Bakı Metropoliteni 2014-cü ilin mayında yeni, "bənövşəyi" xəttin ilk iki stansiyasını - "Avtovağzal" və "Memar Əcəmi 2"-ni istismara verməyi planlaşdırır.
Bakı Metropoliteni yeni stansiyaların tikintisində mümkün ləngimələrin səbəblərini açıqlayıb

Azərbaycan, Bakı, 8 noyabr /Trend, müxbir E.İsmayılov/

Bakı Metropoliteni 2014-cü ilin mayında yeni, "bənövşəyi" xəttin ilk iki stansiyasını - "Avtovağzal" və "Memar Əcəmi 2"-ni istismara verməyi planlaşdırır. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.

Onun sözlərinə görə, bu iki stansiyadan başqa, daha üç "bənövşəyi" stansiyanın və "yaşıl" xəttin üç stansiyasının tikintisi aparılır. Əgər inşa işlərində ləngimə olmasa, onlar 2016-cı ildə istismara veriləcəklər.

Metropoliten rəhbəri bildirib ki, hazırda işlər qrafikə uyğun gedir: "Tunellərin çəkilişində müasir qurğulardan istifadə etdiyimizə görə ləngimələr topraqların alınması prosesi ilə bağlı ola bilər".

Onun sözlərinə görə, yeni stansiyalar üçün topraq sahələrinin alınması prosesi kompensasiyanın məbləğinin müəyyən edilməsi yolu ilə davam etdirilir. Kompensasiya bir sıra meyarlarla, habelə obyektin yerləşdiyi yerdən, yaşayış və yardımçı sahənin ölçüsündən asılı olaraq müəyyən edilir.

T.Əhmədovun fikrincə, torpaqların alınması prosesində narazılıq yaranması, həmçinin məhkəmə araşdırmalarının olması təbii prosesdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti