Azərbaycan, Bakı, 8 noyabr /Trend/
Penitensiar xidmətin (PX) və 3 saylı İstintaq təcridxanasının əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Trend-in PX-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 3 saylı İstintaq təcridxanasında 1976-cı il təvəllüdlü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılan Şahin Səhrab oğlu Rüstəmlinin zəruri istintaq hərəkətlərinin keçirilməsindən sonra təcridxanaya qaytarılan zaman üzərinə baxış keçirilərkən ağzında gizlətdiyi 1 ədəd şəffaf sellofan bükülüdə 3.0 qram narkotik vasitə "tiryək" aşkar olunaraq götürülüb.
Fakt üzrə araşdırmalar aparılır.