...

Hacıbala Abutalıbov bəzi KİV-lərdə Bakıda tikilmiş yeraltı dayanacaqların idarə olunmasına dair məlumatlara aydınlıq gətirib

Cəmiyyət Materials 29 Noyabr 2013 17:08 (UTC +04:00)
Bəzi müxalifətyönlü mətbuatda Bakıda tikilmiş yeraltı dayanacaqların idarə olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib
Hacıbala Abutalıbov bəzi KİV-lərdə Bakıda tikilmiş yeraltı dayanacaqların idarə olunmasına dair məlumatlara aydınlıq gətirib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Bəzi müxalifətyönlü mətbuatda Bakıda tikilmiş yeraltı dayanacaqların idarə olunması ilə bağlı həqiqətə uyğun olmayan məlumat dərc edilib. Xəbərin məğzi bundan ibarətdir ki, guya Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Hökumət Evinin qarşısında, Azadlıq Meydanının altında dövlət vəsaiti hesabına inşa edilmiş və bu yaxınlarda istifadəyə verilmiş iki min yerlik yeraltı dayanacağı oğluna arendaya verib. Məlumatda həmçinin Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənovun da açıqlaması yer alıb.

SİA-nın əməkdaşı qəzetin dərc etdiyi "fakt"ı araşdırmaq məqsədi ilə öncə Namiq Həsənova zəng edib. Nəqliyyat Nazirliyinin sözçüsü bildirib ki, o yalnız Nəqliyyat Nazirliyinin xətti ilə inşa edilmiş obyektlər haqqında məlumat verə bilər: "Mənim Bakı Şəhər İcra Hakimiyyətinin tikdiyi dayanacaqlar barəsində fikir bildirmək səlahiyyətim yoxdur. Virtualaz.org saytının əməkdaşı jurnalist etikasından kənara çıxaraq məlumatı mənim adımdan dərc edib. Mən belə bir açıqlamanı heç bir mətbu orqana, jurnalistə verməmişəm. Əksinə məndən yeraltı dayanacaqlardakı qiymətlər barəsində soruşublar, mən isə demişəm ki, Bakı Şəhər İcra Hakimiyyətinin xətti ilə tikilən yeraltı dayanacaqlar digərlərindən 3-5 dəfə ucuzdur. Yığılan pullar isə "Kapitalbank" vasitəsilə dövlət hesabına köçürülür".

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovla əlaqə saxladıq. Mer bildirdi ki, mətbuatda dərc olunanlar yalan, iftira və böhtandır, həqiqəti əks etdirmir: "Bu "fakt"ı yazan jurnalist və bunu dərc edən mətbu orqan məsələyə qərəzli yanaşıb. Bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil. Dövlətin vəsaiti hesabına tikilən və Bakı sakinlərinin istifadəsinə verilən dayanacaqlar Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Komunnal Təsərrüfatı Departamentinin balansındadır və həmin struktir tərəfindən idarə edilir, yığılan vəsaitlər bank vasitəsilə dövlətin hesabına köçürülür".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti