...

Həftənin ilk iş günü Azərbaycanda hava yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək

Cəmiyyət Materials 8 Dekabr 2013 14:00 (UTC +04:00)
Dekabrın 9-da Azərbaycan ərazisində hava yağıntılı olacaq.
Həftənin ilk iş günü Azərbaycanda hava yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək

Azərbaycan, Bakı, 8 dekabr /Trend/

Dekabrın 9-da Azərbaycan ərazisində hava yağıntılı olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın qeyri-sabit olacağı, arabir yağıntılı keçəcəyi gözlənilir.

Dekabrın 8-dən 9-na keçən gecə bəzi yerlərdə yağışın sulu qara keçəcəyi gözlənilir.

Havanın temperaturu gecə 0-3, gündüz 4-6 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında hava arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti