...

Türkiyənin 19 vilayətində güclü qar səbəbi ilə dərslərə fasilə verilib

Cəmiyyət Materials 11 Dekabr 2013 10:44 (UTC +04:00)
Türkiyənin 19 vilayətində iki gün ərzində güclü qar səbəbi ilə dərslərə fasilə verilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.
Türkiyənin 19 vilayətində güclü qar səbəbi ilə dərslərə fasilə verilib

Azərbaycan, Bakı, 11 dekabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin 19 vilayətində iki gün ərzində güclü qar səbəbi ilə dərslərə fasilə verilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Anadolu agentliyi xəbər verib.

Agentliyin məlumatına əsasən, qarla əlaqədar bəzi vilayətlərdə yollar bağlanıb.

Dekabrın 9-da Türkiyənin Ağrı vilayətində bu ilin rekord mənfi temperatur göstəricisi qeydə alınıb. Belə ki, havanın temperaturu mənfi 24 dərəcəyə qədər enib.

Sinoptiklər şiddətli soyuqların həftə sonuna qədər davam edəcəyini bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti