...

Azərbaycanda qatarların hərəkəti tam bərpa olunub

Cəmiyyət Materials 1 Fevral 2014 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir E.Əliyev/

Fevralın 1-də Bakı-Böyük Kəsik istiqamətində ikinci yolda da təmir işləri başa çatıb, qatarların hərəkəti tam bərpa olunub. Bu barədə Trend-ə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyindən məlumat verilib.

Qeyd edək ki, yanvarın 29-da saat 12:15-də "Azərbaycan Dəmir Yolları" QSC-nin Muğan-Qarasu mənzilində Hacıqabuldan Gəncə istiqamətinə hərəkət edən yük qatarının 15 vaqonu relsdən çıxıb, 6 taxıl və 1 tikinti materialı vaqonu aşıb və yükü dağılıb, nəticədə hər iki istiqamətdə qatarların hərəkəti dayandırılıb.

Elə həmin gün QSC-nin İnfrastruktur Departamentinin,
"Dəmiryolservis" MMC-nin və "Fövqəladə Hallar Qatarı" MMC-nin canlı qüvvəsinin və texnikasının gücü ilə gecə saat 23:30-da hərəkət bir yolda (Böyük Kəsik-Bakı istiqamətində) bərpa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti