Azərbaycan, Bakı, 27 mart /Trend, müxbir İ.İzzət/
Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin (HDQ) Gəmilərin Xilasetmə Divizionunun komandiri, 3-cü dərəcəli kapitan (mayor) İlkin Əsgərov barəsində həbs-qətimkan tədbiri seçilib.
Nazirliyin mətbuat xidmətindən faktı Trend-ə təsdiqləyərək qeyd ediblər ki, bu hadisə martın əvvəllərində baş verib.
Hazırda faktla bağlı Respublika Hərbi Prokurorluğunda istintaq gedir və İ.Əsgərovun digər cinayətlərdə də əlinin olub-olmadığı araşdırılır.
Qeyd edək ki, bir sıra mənbələrdə İ.Əsgərovun HDQ-nin Avtomobil Xidmətinin rəisi və Gəmilərin Xilasetmə Divizionunun komandiri işlədiyi zaman hərbi birləşmənin Mənzil İstismar Sahəsinin balansında olan mülkiyyəti saxta sənədlə satdığı bildirilir.