Bəraət hansı hallarda verilir və bəraət almış şəxsin hansı hüquqları var?

Bəraət hansı hallarda verilir və bəraət almış şəxsin hansı hüquqları var?

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin təyinatı qanunla cinayət hesab olunan əməli törətmiş hər bir şəxsi ifşa və cinayət məsuliyyətinə cəlb etməyin mümkün olması ilə yanaşı, cinayət törətməkdə təqsiri olmayan heç kəsi cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına almaq, ittiham və ya məhkum etməyin mümkün olmamasına yönəlib. Bu məqsəddən irəli gələrək cinayət mühakimə icraatının vəzifələrindən biri də təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir.

Bəraətin hansı hallarda verilməsi, bəraət almış şəxsin hüquqları və ona vurulmuş ziyanın ödənilməsi qaydaları və xüsusiyyətləri barədə Trend-ə məlumat verən Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Cavid Alıyev bildirib ki, məhkəməyədək icraat zamanı cinayət hadisəsi olmadıqda, əməldə cinayət tərkibi olmadıqda, şəxsin cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Cinayət təqibini istisna edən bu hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Məhkəmə baxışı nəticəsində isə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə; andlı iclasçılar kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda: "Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır. Həmin şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz".

Hüquq məsləhətçisinin sözlərinə görə, cinayət prosesinin gedişində haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir.

Bəraət almış təqsirləndirilən, habelə məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş şəxslər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş mənəvi, fiziki və maddi ziyanın ödənilməsi hüququna malikdirlər. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

C.Alıyevin bildirdiyinə görə, göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir: məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər; müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı; ödənilmiş məhkəmə xərcləri; müdafiəçiyə ödənilmiş pul məbləği; hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə: "Qanunvericilik bu şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər hüquqlarının da bərpasını da təsbit edir ki, həmin hüquqlara əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq; azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək; əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək; məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək; məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytartmaq hüquqları aiddir".

Bundan başqa, məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməli, həmşinin şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir. Nəhayət, cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.

C.Alıyev bildirib ki, cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna sözügedən şəxslərlə yanaşı, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri də malikdirlər: "Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır. Əgər bu sənədlərdə həmin məsələ əks olunmayıbsa, məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir. Bəraət hökmü çıxarmış məhkəmə, habelə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmış təhqiqatçı, müstəntiq və ya prokuror cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir".

Azərbaycan nefti ucuzlaşır
Azərbaycan nefti ucuzlaşır
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Bakı Beynəlxalq Enerji Xartiyası Forumu öz işinə başlayıb (FOTO)
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Azərbaycan atmosferə zərərli tullantıların azaldılması üçün mühüm addımlar atır - Nazir
Loading Bars
Xəbər lenti
İstanbulda “Qarabağ Azərbaycandır” adlı aksiya keçirilib (FOTO)
Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 35 nəfərə çatıb
İşğaldan azad edilən ərazilərdə geniş miqyasda sosial müdafiə və aktiv məşğulluq proqramları icra olunacaq
Bərdə hadisəsi Ermənistanın tarix boyu gerçəkləşdirdiyi terror siyasətindən əl çəkmədiyini göstərir - Tarixçi
Vaaqn Çaxalyan barəsində beynəlxalq axtarış elan edilib
Minsk qrupu özünü doğrultmadı…
Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb (VİDEO)
Video layihə: PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah 31.10.2020 tarixli bölüm
Ermənistanın qadağan olunmuş fosforlu silahdan istifadə etməsinə dair QHT-lərin BƏYANATI
Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır
İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - ETSN
Ermənistanın işğal altında olan Azərbaycan ərazilərində qeyri-qanuni fəaliyyəti – İşğaldan azad olunmuş Vejnəli qızıl yatağı (VİDEO)
Ermənistanın təxribatları nəticəsində 91 mülki şəxs həlak olub, 404 nəfər yaralanıb - Baş Prokurorluq
Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN
Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi
Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov
Həmsədrlərin müraciətindən sonra da Ermənistan yaşayış sahələrinə zərbələr endirir - XİN
Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov
Ermənistan yaşayış məntəqələrimizə 218 raket zərbəsi endirib
Ermənistanın mülki əhaliyə qarşı hücumları insanlıq əleyhinə cinayətlər kimi qəbul edilməlidir - Leyla Abdullayeva
Ermənistanın hərbi təxribatları və koronavirus infeksiyasına baxmayaraq, Azərbaycanın iqtisadiyyatı inkişaf edir
Erməni təcavüzü nəticəsində Azərbaycanda neçə dini obyekt zərər görüb? - RƏSMİ
Ermənistanın mülki azərbaycanlılara atdığı mərmilərin statistikası AÇIQLANDI (FOTO)
Kanadada "We All Stand With Azerbaijan!" adlı həmrəylik aksiya keçirilib (FOTO)
Düşmənin döyüş texnikası və canlı qüvvəsi məhv edilib (VİDEO)
Cenevrə görüşlərinin keçirildiyi gün Azərbaycanın rayonlarına 200-dən artıq mərmi atılıb - Hikmət Hacıyev
Ali Məhkəmə beynəlxalq ictimaiyyəti Ermənistanın Azərbaycana qarşı terrorunu qətiyyətlə pisləməyə çağırıb
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur - MN
Azərbaycanda 1095 nəfər COVID-19-a yoluxdu, 547 nəfər sağaldı, 12 nəfər vəfat etdi
Ermənistanın terrorçu təxribatları barədə faktlar tərəfdaş ölkələr və beynəlxalq təşkilatların diqqətinə çatdırılıb
İranda ötən sutkada 386 nəfər koronavirusdan ölüb
Ermənistanın mülki insanları kütləvi şəkildə qətlə yetirməsi davamlı hal almaqdadır - Aydın Quliyev
Erməni vaxtı ilə işləyən İsveçrə saatı - Qarabağdakı kriminal biznes (FOTO)
Avstraliyada Türkiyənin Cümhuriyyət bayramı münasibətilə keçirilən tədbirdə erməni terroru pislənilib (FOTO)
Qələbə Azərbaycanın olacaq, biz öz ərazilərimizi qaytaracağıq - Rus icmasının sədri ( FOTO)
Tailandda erməni terrorunun qurbanları yad edilib (FOTO)
Ombudsman erməni təcavüzü ilə bağlı dünya ictimaiyyətinə video-müraciət edib
Azərbaycan Prezidenti: Bu, bizimlə Ermənistan arasında olan döyüşdür və hər kəs ondan uzaqda durmalıdır
Türkiyənin Gəncədəki Baş Konsuluna başsağlığı verilib (FOTO)
Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü bərpa edir - Prezidentin köməkçisi
Cenevrə görüşü Azərbaycan ordusunun qazandığı nailiyyətlərin diplomatik masada davamıdır - Politoloq
Ermənistan qəsdən Şuşa meşələrində yanğın törədir - Hikmət Hacıyev
Ermənistanın Dağlıq Qarabağ münaqişəsini dini müstəviyə keçirmək niyyəti onun son ümidlərindən biridir - Ekspert
Azərbaycan Prezidenti: Qarabağ resurslar məsələsi deyil, bu, ədalət, milli qürur və beynəlxalq hüquq məsələsidir
Rusiyada koronavirusa yoluxanların sayı 1,6 milyonu keçib
Rusiya XİN Paşinyanın Putinə kömək üçün müraciətinə mənfi cavab verdi
Azərbaycan nefti ucuzlaşıb
Prezident İlham Əliyev: Mən bir aydır bu sualı verirəm, heç bir cavab yoxdur
Azərbaycan Prezidenti: Müharibəni dayandırmağın yeganə yolu ondan ibarətdir ki, Ermənistan dayansın, öz məğlubiyyətini qəbul etsin
Prezident İlham Əliyevdən jurnalistin türk əsgərləri ilə bağlı iddiasına cavab: Siz onları Bakıda görmüsünüz, onları döyüşdə görməmisiniz
Prezident İlham Əliyevdən jurnalistin demokratiya ilə bağlı sualına cavab: Avropada etirazçıları necə döydüyünüzə baxırıq
Prezident İlham Əliyev: Bizim üç dəfə atəşkəsə razı olmağımız məsələni siyasi yolla həll etmək iradəmizi nümayiş etdirir
İzmirdə daha 100 nəfər dağıntıların altından xilas edilib
Düşmən Xocavənd istiqamətində fosfor tərkibli yük gətirməklə gələcək təxribatlarına zəmin yaratmağa çalışır- MN
Azərbaycan Prezidenti: Biz ermənilərə qarşı etnik təmizləmə aparmamışıq, etnik təmizləməyə məruz qalan biz olmuşuq
Sürix şəhərində Gəncə və Bərdə terroruna etiraz edilib (FOTO)
Prezident İlham Əliyev: Biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik
Ermənistandan pomidor idxalı dayandırıla bilər - Rusiya xəbərdarlıq etdi
Azərbaycan Prezidenti: Biz dəyişdik reallıqları, indi onlar bunları nəzərə almalıdır
Prezident İlham Əliyev: Biz əraziləri bombalarla azad etmirik, biz əraziləri döyüşçülərimizlə azad edirik
Prezident İlham Əliyev: Bu vaxtadək “Human Rights Watch” və “Amnesty International” təşkilatları Azərbaycana qarşı çox aqressiv idi
Azərbaycan Prezidenti: Biz nə qədər çox müdafiə olunuruqsa, daha çox əraziləri azad edirik
Prezident İlham Əliyev: Bizim cavabımız sərt idi, amma onlar buna layiq idilər
Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi (FOTO)
Dinc əhalinin bombardman edilməsinin nə demək olduğunu bilirik və sizin yanınızdayıq - İsrailin Diaspor İşləri naziri
Noyabrın ilk günü hava necə olacaq?
Gürcüstanda parlament seçkiləri normal qaydada davam edir - Arzu Nağıyev (FOTO)
Ceyhun Bayramov: Dəstəyimiz, dualarımız sizinlədir, qardaş Türkiyə!
Ermənistana təhvil verilmiş 85 yaşlı qadın bu ölkədə psixoloji və fiziki işgəncələrə məruz qalıb - Hikmət Hacıyev
Ermənistanda növbəti antirekord: Koronavirusdan bir gündə 41 nəfər öldü
Müddətli həqiqi hərbi xidmətə oktyabr çağırışı başa çatıb
Bakı sakini küçədə bıçaqlandı
Azərbaycan Ordusunun Şuşanı atəşə tutması xəbəri düşmənin növbəti yalanıdır - MN
Ermənistan silahlı qüvvələrinin tərkibində Suriya və İraqdan gətirilmiş PKK-çıların olması faktdır - Hikmət Hacıyev
Ceyhun Bayramov BQXK-nın baş direktoru Roberto Mardini ilə görüşüb
Erməni aqressivliyi bütün Avropa qitəsi üçün təhlükə mənbəyidir - Piter Teys
Azərbaycan Ordusunun Xankəndini atəşə tutması xəbəri yalandır - MN
Abşeronda ər arvadını xüsusi amansızlıqla öldürdü
Gürcüstanda parlament seçkiləri keçirilir
Azərbaycan işğaldan azad etdiyi ərazilərində normal həyat qurmağa başlayır
Düşmənin saxta xəbərlərini şikayət edə biləcəyiniz sayt yaradılıb
İzmirdə daha bir zəlzələ
Hər bir azərbaycanlının əbədi qürur duyacağı Komandan
Bakıda avtomobil, Tovuz və Ağcabədidə ev yanıb
Ağcabədi rayonunun Qiyaməddinli kəndi atəşə tutulub
Braziliyada bir gündə koronavirusa 22 282 nəfər yoluxub
Qubadlını artilleriya atəşinə tutan düşmənin atəş nöqtələrinə cavab atəşi açılıb - MN
Azərbaycan Ordusunun silahlanmasında beynəlxalq hüquqla qadağan olunmuş heç bir silah və sursat yoxdur - MN
Britaniya qripə qarşı peyvəndlərin ixracını azaldacaq
Düşmənin məhv edilən hərbi texnikası - SİYAHI
Müdafiə Nazirliyi cəbhədə oktyabrın 31-nə olan son vəziyyəti açıqlayıb
Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi artilleriya atəşinə tutulub - MN
Bakıda beşmərtəbəli binanın şaxtasında yanğın olub
Azərbaycan parlamentinin deputatları Qaqauziyada bir sıra görüşlər keçiriblər (FOTO)
ABŞ-da koronavirusa yoluxanların sayı 9 milyon nəfəri ötüb
İzmirdə zəlzələ nəticəsində ölənlərin sayı 24 nəfərə çatıb (FOTO/VİDEO) (ƏLAVƏ OLUNUB)
Norveçdə 5,6 bal gücündə zəlzələ olub
İtaliyada bir sutkada koronavirusa 31 mindən çox insan yoluxub
ANAMA cəbhəboyu ərazilərdə top mərmisi, bombacıq, radiopelenqator və mərmi qalıqları aşkar edib (FOTO)
Bütün xəbərlər