...

Azərbaycanın görkəmli şəxsiyyətlərinin tələbələrə tanıdılması üçün yeni layihə başlayıb

Cəmiyyət Materials 18 Aprel 2014 16:42 (UTC +04:00)
Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə görkəmli şəxsiyyətlərin həyatı və fəaliyyətinin tələbələrə tanıdılması üçün "Şəxsiyyətlərimiz", həftə ərzində olan tarixi günlər barədə isə "Tarixdə bu həftə" layihələrinə start verilib.
Azərbaycanın görkəmli şəxsiyyətlərinin tələbələrə tanıdılması üçün yeni layihə başlayıb

Azərbaycan, Bakı, 18 aprel /Trend/

Azərbaycan Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə görkəmli şəxsiyyətlərin həyatı və fəaliyyətinin tələbələrə tanıdılması üçün "Şəxsiyyətlərimiz", həftə ərzində olan tarixi günlər barədə isə "Tarixdə bu həftə" layihələrinə start verilib.

ATGTİ-dən Trend-ə verilən məlumata görə, "Şəxsiyyətlərimiz" layihəsi çərçivəsində 50-yə yaxın görkəmli şəxsiyyətin avtobioqrafiyası, öz sahəsində qazandığı uğurlar barədə posterlər hazırlanıb.

"Tarixdə bu həftə" layihəsində isə həftə ərzində baş vermiş əlamətdar günlər barədə məlumatların posterləri hazırlanıb.

Təhsil müəssisələrində yerləşdiriləcək xüsusi stendlərdə asılacaq posterlər hər həftə yeniləniləcək.

Qeyd edək ki, bu həftə ərzində Yusif Məmmədəliyevin həyatı və fəaliyyətini özündə əks etdirən poster təhsil müəssisələrində yerləşdirilib. 21-26 aprel tarixlərində isə təhsil müəssisələrində görkəmli azərbaycanlı alim Lütfi Zadə haqqında analoji posterlər yerləşdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti