...

2015-Bakı Avropa Oyunları hüquqşünasların nəzəri ilə (FOTO)

Cəmiyyət Materials 30 Aprel 2014 13:45 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Hüquqşünasları Konfederasiyası və Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya” mövzusunda beynəlxalq konfrans keçirilir.
2015-Bakı Avropa Oyunları hüquqşünasların nəzəri ilə (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

Bu gün Bakıda Azərbaycan Hüquqşünasları Konfederasiyası və Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Layihələrə imkanlar üzrə çağırış: Hüquqi baza üzrə naviqasiya" mövzusunda beynəlxalq konfrans keçirilir.

Trend-in məlumatına görə, tədbirdə ilk olaraq Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Böyük Britaniya və Uels Hüquqşünaslar Cəmiyyətinin Prezidenti Nikolas Flak, Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev, Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədri Adrian Haqes və Britaniya-Azərbaycan Hüquqşünaslar Assosiasiyasının sədr müavini Rəvan Məhərrəmov çıxış ediblər.

Daha sonra idman hüququ ilə bağlı "Bakı Hüquq Mərkəzi" (BHM) hüquq şirkətinin hüquqşünası Qumru Mehdiyeva prezentasiya ilə çıxış edib. Prezentasiyada ilk dəfə ölkəmizdə keçiriləcək "2015- Bakı Avropa oyunlarının hüquqi bazası" mövzusu ilə bağlı maraqlı məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb, böyük turnirə hazırlıqla bağlı video çarx nümayiş etdirilib.

Konfransda eyni zamanda "Baker&McKenzie", "Baku Consulting Group", "Ekvita", "BM Morrison partners" kimi Azərbaycanın qabaqcıl hüquq şirkətləri və bir sıra ictimai birliklərin nümayəndələri iştirak edirlər.

Xatırladaq ki, 2013-cü ildə yaranmış Britaniya Azərbaycan Hüquq Assosiasiyasının təsis edilməsində əsas məqsəd Birləşmiş Krallıq və Azərbaycan Respublikasında fəaliyyət göstərən hüquqşünaslar arasında əlaqələr yaratmaq, hüquqşünaslar arasında ən qabaqcıl hüquq təcrübəsini paylaşmaq və iki ölkə arasındakı münasibətləri möhkəmlətməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti