...

Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd edilib

Cəmiyyət Materials 7 May 2014 17:39 (UTC +04:00)
Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 69-cu ildönümü, Sovet İttifaqı qəhrəmanları Bəhyəddin Mirzəyevin 10, Cəmil Əhmədov və Mikayıl Ələkbərovun anadan olmalarının 90 illiyi münasibətilə tədbir keçirilib.
Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 69-cu ildönümü qeyd edilib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/

Azərbaycan Hərb Tarixi Muzeyində faşizm üzərində qələbənin 69-cu ildönümü, Sovet İttifaqı qəhrəmanları Bəhyəddin Mirzəyevin 10, Cəmil Əhmədov və Mikayıl Ələkbərovun anadan olmalarının 90 illiyi münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə müharibə veteranları, Azərbaycan Silahlı Qüvvələrinin zabitləri, həmçinin hərbi təhsil müəssisələrinin kursantları iştirak ediblər.

Əvvəlcə Hərb Tarixi Muzeyində çar Rusiyası hərbi donanmasında xidmət etmiş, azərbaycanlı vitse-admiral İbrahim bəy Aslanbəyovun rəssam tərəfindən çəkilmiş portretinin təqdimatı keçirilib.

Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi, polkovnik Rüfət Əmirov azərbaycanlıların Böyük Vətən müharibəsində rolundan danışıb. İdarə rəisi qeyd edib ki, 1941-1945-ci illərdə döyüş əməliyyatlarında 800 minə yaxın azərbaycanlı iştirak edib, onların böyük hissəsi döyüşlərdə həlak olub. Azərbaycan eyni zamanda arxa cəbhədə - Sovet ordusunun təchizatında mühüm rol oynayıb.

Daha sonra çıxış edənlər azərbaycanlıların və adıçəkilən Sovet İttifaqı qəhrəmanlarının keçdikləri döyüş yolu barədə məruzələr ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti