...

Dövlət Statistika Komitəsinin sədri dünyasını dəyişib

Cəmiyyət Materials 23 İyun 2014 09:30 (UTC +04:00)
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.
Dövlət Statistika Komitəsinin sədri dünyasını dəyişib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev bu gecə dünyasını dəyişib.

Məlumatı Trend-ə Dövlət Statistika Komitəsindən təsdiq ediblər.

Arif Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Onun dəfni bu gün baş tutacaq.

Arif Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib.

1993-cü ilin may ayından Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti