...

Arif Vəliyev son mənzilə yola salınıb (FOTO)

Cəmiyyət Materials 23 İyun 2014 15:17 (UTC +04:00)
Trend-in məlumatına görə, mərhum ikinci Fəxri xiyabanda dəfn edilib.
Arif Vəliyev son mənzilə yola salınıb (FOTO)

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Bu gecə dünyasını dəyişən, Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev son mənzilə yola salınıb.

Trend-in məlumatına görə, mərhum ikinci Fəxri xiyabanda dəfn edilib. Mərhumla vida mərasimi öz evində baş tutub.

A.Vəliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

A.Vəliyev 1943-cü il iyunun 28-də Ağstafa rayonunun Həsənsu kəndində anadan olub. 1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. 1961-ci ildən 1990-cı ilədək Azərbaycan Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışıb.

1990-cı ildən 1992-ci ilədək Dövlət İqtisadiyyat və Planlaşdırma Komitəsində şöbə müdirinin müavini, 1992-1993-cü illərdə Azərbaycan Prezidenti Administrasiyasında böyük məsləhətçi vəzifəsində işləyib.

1993-cü ilin may ayından Dövlət Statistika Komitəsinin sədri vəzifəsində çalışıb.

İki övladı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti