...

Üç rayonun sakinləri Beyləqanda Səyyar ASAN xidmətdən yararlana biləcəklər

Cəmiyyət Materials 5 İyul 2014 10:13 (UTC +04:00)
Sabahdan 3 rayonun sakinləri Beyləqanda Səyyar ASAN xidmətdən yararlana biləcəklər.
Üç rayonun sakinləri Beyləqanda Səyyar ASAN xidmətdən yararlana biləcəklər

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İlkin İzzət/

Sabahdan 3 rayonun sakinləri Beyləqanda Səyyar ASAN xidmətdən yararlana biləcəklər.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) İctimaiyyətlə əlaqələr sektorundan Trend-ə verilən məlumata görə, Beyləqan, İmişli, Füzuli rayonlarının 330 mindən artıq sakini 7 - 19 iyul tarixlərində Səyyar ASAN xidmətdən Beyləqan rayonunda yararlana biləcək.

Səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə aşağıdakılar daxildir:

- motariat fəaliyyəti;

- şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- torpaq kadastrı məlumatları barədə arayışların verilməsi;

- əmək pensiyalarının təyin edilməsi;

- mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi.

Qeyd edək ki, 2014-cü ilin dekabr ayına qədər Səyyar ASAN xidmət vasitəsilə 35 məntəqədə 41 rayonun sakinlərinə müvafiq xidmətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti