...

Azərbaycanda fərdi təhsil alanlar üçün həftəlik dərs yükü müəyyənləşdirilib

Cəmiyyət Materials 22 İyul 2014 17:59 (UTC +04:00)
Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov fərdi təhsil üzrə nümunəvi tədris planının təsdiq edib.
Azərbaycanda fərdi təhsil alanlar üçün həftəlik dərs yükü müəyyənləşdirilib

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov fərdi təhsil üzrə nümunəvi tədris planını təsdiq edib.

Trend Təhsil Nazirliyin saytına istinadən xəbər verir ki, əmrin verilməsində məqsəduzun müddət təhsildən kənarda qalmış şəxslərin fərdi təhsilinin təşkili və tənzimlənməsini təmin etməkdir.

Əmrə əsasən, uzun müddət təhsildən kənarda qalmış şəxslərin ümumtəhsil məktəblərində təşkil olunan fərdi təhsilinə aid 2014-2015-ci dərs ili üçün tədris planı və tədris planına dair "Qeydlər" təsdiq edilib.

2014-2015-ci dərs ili üçün fərdi təhsilin nümunəvi tədris planına əsasən, (tədris Azərbaycan dilində) 1-8-ci siniflər üçün Azərbaycan dili, ədəbiyyat, riyaziyyat, informatika, həyat bilgisi, Azərbaycan tarixi, coğrafiya, fizika, kimya, biologiya fənləri üzrə həftəlik dərs yükləri müəyyənləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti