...

Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərindəki israfçılığın əleyhinədir

Cəmiyyət Materials 26 Avqust 2014 18:00 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yas mərasimlərindəki israfçılıqla bağlı açıqlama yayıb.
Qafqaz Müsəlmanları İdarəsi yas mərasimlərindəki israfçılığın əleyhinədir

Azərbaycan, Bakı, 26 avqust /Trend/

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) yas mərasimlərindəki israfçılıqla bağlı açıqlama yayıb.

İdarənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qafqaz Müsəlmanları İdarəsi bildirir ki, yas mərasimlərində israfın əleyhinə olduğu barədə və bu mərasimlərin sadə şəkildə keçirilməsi ilə bağlı tövsiyəsini hər zaman cəmiyyətə bəyan edib: "Bu mövqe QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının üç il öncə, 13.07.2011-ci il tarixində dəbdəbəli toy-yas mərasimlərinin keçirilməsi ilə bağlı ictimaiyyətə ünvanladığı müraciətində əksini tapıb".

Qeyd olunur ki, QMİ dini baxımdan bəyənilməyən israfın hər zaman əleyhinədir və bu istiqamətdə atılan addımları dəstəkləyir: "Odur ki, mətbuatda anonim mənbəyə istinadən verilən məlumatların QMİ-nin mövqeyi kimi qələmə verilməsinə qəti etiraz edərək, bir daha bildiririk ki, bəyanatdakı mövqeyimiz birmənalıdır. Bəyanatın mətni ilə maraqlananlar İdarəmizin rəsmi vebsaytında (www.qafqazislam.com) tanış ola bilərlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti