...

Bakının girişində yeni yeraltı piyada keçidi gələn ilin birinci rübündə istifadəyə veriləcək (FOTO)

Cəmiyyət Materials 16 Oktyabr 2014 16:54 (UTC +04:00)
Bakı-Ələt yolunun 4-ci km-də (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir.
Bakının girişində yeni yeraltı piyada keçidi gələn ilin birinci rübündə istifadəyə veriləcək (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend, müxbir İlkin İzzət/

Bakı-Ələt yolunun 4-ci km-də (Bayıl dairəsi adlanan ərazidə) yeraltı piyada keçidinin tikintisi işləri davam etdirilir.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, uzunluğu 100 m, eni 8 m, hündürlüyü 4 m olacaq keçiddə artıq svay işləri başa çatdırılıb. Hazırda döşəmə betonun tökülməsi və tunelin qazıntısı işləri gedir. Kommuniksaiya xətlərinin köçürülməsi başa çatmaq üzrədir.

4 giriş-çıxışdan ibarət olacaq keçiddə hər tərəfdə ikisi olmaqla eskalatorların quraşdırılması nəzərdə tutulub.

Tikinti işlərinin 2015-ci ilin 1-ci rübündə başa çatdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti