...

Bakı sakinlərinə şad xəbər (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2014 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Bakının Babək prospekti ilə Telnov küçəsinin kəsişməsində yeni yeraltı piyada keçidinin tikintisi başa çatıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən Trend-ə verilən məlumata görə, müasir standartlara uyğun inşa olunan keçidin uzunluğu 88, eni 8, hündürlüyü isə 3,20 metrdır.

İki giriş-çıxışı olan keçiddə əlil arabalarının hərəkəti üçün xüsusi yer, müasir işıqlandırma sistemi, qrunt sularının kənarlaşdırılması üçün nasosxana da quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti