...

Bakının Badamdar şosesi bağlandı (FOTO)

Cəmiyyət Materials 1 Dekabr 2014 10:24 (UTC +04:00)
Təmir işləri ilə əlaqədar Bakının Badamdar şosesində hərəkət məhdudlaşdırılıb.
Bakının Badamdar şosesi bağlandı (FOTO)

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İlkin İzzət/

Təmir işləri ilə əlaqədar Bakının Badamdar şosesində hərəkət məhdudlaşdırılıb.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) bildiriblər ki, Badamdar şosesinin Badamdar dairəsindən İzzət Nəbiyev küçəsi ilə kəsişməsinə qədər olan hissəsində aparılan təmir işləri ilə əlaqədar olaraq yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.

Yolun digər hərəkət hissəsində nəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təşkil edilib. Təmir işlərinin həftə ərzində (6 gün) yekunlaşdırılması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti