...

2014-cü ilin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?

Cəmiyyət Materials 29 Dekabr 2014 13:00 (UTC +04:00)
2014-cü ilin son günləri Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.
2014-cü ilin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

2014-cü ilin son günləri Azərbaycanda mülayim hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, dekabrın 30-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti hökm sürəcək, hava əsasən yağmursuz keçəcək. Səhər və axşam bəzi yerlərdə zəif duman gözlənilir. Cənub-qərb küləyi əsəcək, axşam şimal küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeron yarımadasında dekabrın 30-da havanın temperaturu axşam 5-7, gündüz 10-15 dərəcə isti təşkil edəcək.

Dekabrın 31-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Axşam buludluluğun artacağı gözlənilir. Səhər zəif duman olacaq, şimal-qərb küləyi əsəcək, gündüz bir qədər güclənəcək.

Bakıda və Abşeron yarımadasında dekabrın 31-də axşam 5-7, gündüz 7-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində dekabrın 30-da hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında çiskin gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 13-18, dağlarda gecə 0-5, gündüz 8-13 isti olacaq.

Azərbaycanın bölgələrində dekabrın 31-də də hava əsasən yağmursuz keçəcək. Gecə və səhər duman, çiskin, axşam şimal və şərq rayonlarında yağıntı olacaq. Dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Qərb küləyi ayrı-ayrı vaxtlarda güclənəcək.

Havanın temperaturu gecə 0-5, gündüz 12-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacaq.

Mövcud hava şəraiti iqlim normasından nisbətən yüksək olsa da, dekabr ayı üçün xarakterikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti