Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir İlkin İzzət/
Ələt-Astara-İran sərhədi avtomobil yolunda tikinti işləri davam edir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibliyindən Trend-ə verilən məlumata görə, hazırda Ələt-Astara-İran sərhədi avtomobil magistralının Yenikənd-Salyan, Salyan-Şorsulu, Cəlilabad-Masalll, Masallı-Astara hissələrinin, Salyan şəhərinin Çuxanlı kəndi ərazisində Kür çayı üzərində yeni körpünün tikintisi işləri gedir. Yolun Masallı-Astara hissəsində Lənkərançay üzərində yeni körpünün tikintisi başa çatdırılıb, digər hissəsi olan Şorsulu-Cəlilabad sahəsində tikinti işlərinin həyata keçirilməsi üçün lazımi prosedurlar aparılır.
Qeyd edək ki, Ələt-Astara-İran sərhədi avtomobil yolu ölkəmizin digər arterial avtomobil yolu olmaqla yanaşı, "Şimal-Cənub " nəqliyyat dəhlizinin tərkib hissəsi sayılır. Paytaxtı İran sərhədi ilə birləşdirəcək magistralın 0-9, 9-31 km və 10,6 km Biləsuvar dairəvi hissələrinin ölkə başçısının iştirakı ilə açılışı olub.