...

Azərbaycan diaspor rəhbəri İsveç parlamentariləri ilə görüş keçirib (FOTO)

Cəmiyyət Materials 2 Mart 2015 13:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir İlkin İzzət/

İsveçdəki Azərbaycan diaspor rəhbəri İsveç parlamentinin və ictimaiyyətinin nümayəndələri ilə görüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan naminə" Cəmiyyətinin təşkil etdiyi görüşdə Paula Bieler başda olmaqla İsveç parlamentinin bir neçə deputatı, yerli ziyalılar, KİV nümayəndələri və başqa qonaqlar iştirak edib.

Tədbridə "Azərbaycan naminə" Cəmiyyətinin sədri Nadir Hollenbrand Azərbaycan həqiqətləri haqqında iştirakçılara ətraflı məlumat verib. O, Ermənistanın Azərbaycana təcavüz etməsi, bu torpaqlarda etnik təmizləmə siyasəti aparması və 20 ildən çoxdur ki, Azərbaycanın 20 faiz ərazisini işğalda saxlaması barədə faktları isveçli ziyalıların diqqətinə çatdırıb. Nadir Hollenbrand Ermənistanın təcavüzü ilə başlayan Qarabağ müharibəsinin dəhşətləri və bu müharibənin ən qanlı hadisəsi, bəşəriyyətə qarşı cinayət olan Xocalı soyqırımı haqqında geniş çıxış edib. Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərini bir gecədə yer üzündən silməsi, yüzlərlə insanın işgəncələrlə qətlə yetirilməsi barədə danışan cəmiyyət rəhbəri artıq dünyanın bir sıra ölkələrinin bu faciəni soyqırımı kimi tanıdığını vurğulayıb və İsveç parlamentini də Xocalı soyqırımını tanımağa çağırıb.

N.Hollendbrand Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi ilə bağlı narahatlıqları da İsveç ictimaiyyətini təmsil edən insanların diqqətinə çatdırıb.

Azərbaycan diaspor rəhbərinin çıxışından sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair geniş müzakirələr aparılıb. Görüş iştirakçıları Azərbaycanın cəlb edildiyi münaqişədən başqa, ölkəmizin iqtisadi inkişafı haqqında da fikir mübadiləsi aparıblar. İsveçlilər son illərdə Bakının bir sıra genişmiqyaslı beynəlxalq tədbirlərə ev sahibliyi etməsini xüsusi vurğulayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti