...

Xarici ölkələrdə döyüşlərə və terrorçu təşkilatlara qoşulmuş azərbaycanlılarla bağlı hesabat

Cəmiyyət Materials 5 Mart 2015 19:33 (UTC +04:00)
Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının dini radikal, ekstremist qruplaşmaların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etmə halları məsələyə yeni yanaşmanı, belə neqativ təzahürlər və ümumilikdə terrorçuluqla mübarizənin daha da kəsərli aparılmasını zəruri edib.
Xarici ölkələrdə döyüşlərə və terrorçu təşkilatlara qoşulmuş azərbaycanlılarla bağlı hesabat

Azərbaycan, Bakı, 5 mart /Trend, müxbir İlkin İzzət/

Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının dini radikal, ekstremist qruplaşmaların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etmə halları məsələyə yeni yanaşmanı, belə neqativ təzahürlər və ümumilikdə terrorçuluqla mübarizənin daha da kəsərli aparılmasını zəruri edib.

Trend xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.

Hesabatda qeyd edilir ki, ötən il ərzində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdikləri müəyyən edilmiş 29 nəfər, Pakistan və Əfqanıstan ərazilərində fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olan 2 nəfər, insan oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən və qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə edərək saxlayan, radikal dini yönümlü daha 3 nəfər, eləcə də dindarlar arasında nifaq salınması məqsədi ilə məsciddə yanğın törədən 3 və qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audi və video materialları satmaqla məşğul olan daha 4 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.

Bundan başqa, Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror təxribat xarakterli cinayətlər törətmək niyyətində olan radikal dini ekstremist qruplaşmanın 3 üzvü həbs edilməklə, barələrində Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq istintaq aparılır.

Sosial şəbəkələrdə respublikadakı mövcud vəziyyəti güc yolu ilə devirmək, bu zaman partlayıcı və alışdırıcı maddələrdən istifadə etmək barədə çağırışlar etmiş şəxslər barəsində MTN-in təqdim etdiyi materiallar əsasında Baş Prokurorluqda 2 cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti