Azərbaycan, Bakı, 11 mart /Trend, müxbir Yelena Kosolapova/
Tacikistan Bakı-Düşənbə-Bakı birbaşa reysinin açılmasında olduqca maraqlıdır. Bunu Trend-ə Tacikistanın Azərbaycandakı səfiri Zohir Saidov deyib.
Onun sözlərinə görə, bu məsələ üzrə iki ölkənin aviasiya qurumları arasında danışıqlar aparılır: "Bu istiqamət üzrə həftə ərzində reyslərin sayı müzakirə olunur. Tacikistan iki ölkənin aviaşirkətlərinin iştirakı ilə paritet şərtlərdə Bakı-Düşənbə reysinin işə salınmasında maraqlıdır".
Z.Saidov qeyd edib: "Biz bu reysin açılmasına böyük önəm veririk. Ümid edirik ki, ilin sonunadək bu məsələni həll edə biləcəyik. Üstəlik, dövlət başçıları tərəfindən dəstək ifadə edilib. Birbaşa reys olmayanadək əməkdaşlığımızın hər hansı istiqaməti üzrə güclü inkişafdan danışmaq çox çətindir".
Səfir əlavə edib ki, iki ölkə arasında birbaşa əlaqənin olmaması ticarət-iqtisadi əlaqələrin və turist mübadiləsinin inkişafında da çətinliklər yaradır.