...

"Azərmarka"dan növbəti poçt markası (FOTO)

Cəmiyyət Materials 8 Aprel 2015 19:11 (UTC +04:00)
Türkiyə vəqfinin 30 illiyi ilə bağlı poçt markası buraxılıb.
"Azərmarka"dan növbəti poçt markası (FOTO)

Azərbaycan, Bakı, 8 aprel /Trend/

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Azərmarka" şirkəti təqdim etdiyi poçt markalarının sırasına yenisini əlavə edib.

Trend nazirliyə istinadən məlumat verir ki, şirkət Türkiyənin "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfinin 30 illiyinə həsr edilmiş poçt markasını dövriyyəyə buraxıb.

Markanın nominal dəyəri 0,5 manat təşkil edir.

Qeyd edək ki, Türkiyədə 1985-ci ildə müstəqil bir qeyri-hökumət təşkilatları olaraq qurulan "Mərmərə Qrupu" Strateji və Sosial Araşdırmalar Vəqfi, həllini gözləyən və gələcəkdə problem ola biləcək mövzuları müəyyənləşdirərək seminar, konfrans və görüşlər təşkil edir, hesabat və analizlər hazırlayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti