...

Azərbaycanın media nümayəndələri İrana səfər ediblər

Cəmiyyət Materials 10 Aprel 2015 16:39 (UTC +04:00)
İran ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın artırılması məqsədilə cümə günü Azərbaycandan bir qrup media təmsilçiləri Astara sərhəd-keçid məntəqəsindən keçməklə İrana səfər ediblər.
Azərbaycanın media nümayəndələri İrana səfər ediblər

Azərbaycan, Bakı, 10 aprel /Trend/

İran ilə Azərbaycan arasında media sahəsində əməkdaşlığın artırılması məqsədilə cümə günü Azərbaycandan bir qrup media təmsilçiləri Astara sərhəd-keçid məntəqəsindən keçməklə İrana səfər ediblər.

Trend-in məlumatına görə, son bir ildə artıq beşinci nümayəndə heyəti olan bu qrupa "Trend", "İTV", "APA TV", "Report" və "Novosti Azərbaycan" kimi fəal media qurumlarının jurnalist və operatorları daxildir.

Səfərin məqsədi Azərbaycanın media qurumlarını və xalqını İranın iqtisadi, mədəni və turizm imkanları ilə yaxından tanış etməkdir. İrana ezam olunmuş KİV nümayəndələri Mazandaran və Gülüstan vilayətlərinə səfər edərək bu iki vilayətin müxtəlif şəhərlərinin turizm imkanları, iqtisadi müəssisələri və tarixi abidələri ilə tanış olacaq və təmsil olunduqları media orqanı üçün reportajlar hazırlayacaqlar.

Xəzər dənizi sahilində yerləşən Mazandaran və Gülüstan vilayətləri region ölkələri arasında mədəni, iqtisadi və humanitar əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlara malikdir. Azərbaycanın fəal media orqanlarının nümayəndələrinin bu regiona səfər edib reportajlar hazırlaması iki ölkənin insanları arasında, eləcə də iqtisadi, ticarət və turizm sahələrində əlaqələrin genişləndirilməsi üçün xüsusi fürsət yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti