...

Binəqədi rayonunda qaz təhcizatı məhdudlaşdırılacaq

Cəmiyyət Materials 15 Aprel 2015 08:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend/

Bu gün saat 10:00-dan işlər başa çatanadək qaz xətlərinin yerinin dəyişdirilməsi və yeni çəkilmiş qaz xəttinin mövcud mənbəyə birləşdirilməsi ilə əlaqədar Binəqədi rayonunun 6-cı, 7-ci, 8-ci və 9-cu mikrorayonlara, həmçinin Motodrom yaşayış massivinə, M.Rəsulzadə və Biləcəri qəsəbələrinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə Trend-ə "Azəriqaz" İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti