...

Hacıbala Abutalıbov: Bakıda binaların penopolistiroldan hazırlanmış dekorativ üzlükləri sökülə bilər

Cəmiyyət Materials 19 May 2015 19:52 (UTC +04:00)
Bakıda binaların penopolistiroldan hazırlanmış dekorativ üzlükləri sökülə bilər.
Hacıbala Abutalıbov: Bakıda binaların penopolistiroldan hazırlanmış dekorativ üzlükləri sökülə bilər

Azərbaycan, Bakı, 19 may /Trend, müxbir İlkin İzzət/

Bakıda binaların penopolistiroldan hazırlanmış dekorativ üzlükləri sökülə bilər.

Trend-in məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bildirib ki, dövlət başçısının sərəncamı ilə yaradılmış Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası sabaha qədər qərar verməlidir: "Hazırda istintaq gedir. Əgər yanğına səbəb kimi binanın üzlüyünün yanan material olduğu müəyyən edilsə və qərar verilsə ki, belə binaların hamısının üzlükləri sökülsün və onlar yanmayan materiallarla əvəz edilsin, bu qərar yerinə yetiriləcək. Bunun üçün dövlətin imkanı və büdcəsi var".

Onun sözlərinə görə, əgər komissiya arayış versə ki, yanğın başqa səbəblərdən baş verib, onda onların sökülməsinə ehtiyac yaranmayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti