...

Bakıda yanan binadakı 45-dən artıq ailəyə birdəfəlik yardım göstərilib

Cəmiyyət Materials 20 May 2015 13:02 (UTC +04:00)
Bakıda yanan binada 53 ailə yaşayıb, artıq onlardan 45-dən artığına gündəlik 1000 manat məbləğində konpensasiya ödənilib.
Bakıda yanan binadakı 45-dən artıq ailəyə birdəfəlik yardım göstərilib

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlkin İzzət/

Bakıda yanan binada 53 ailə yaşayıb, artıq onlardan 45-dən artığına gündəlik 1000 manat məbləğində kompensasiya ödənilib. Trend-in məlumatına görə, bunu jurnalistlərə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov deyib.

Onun sözlərinə görə, sakinlər ətrafda yerləşən pansionatlarda yaşamaqdan imtina ediblər, onlar Bakıda kirayə qalmaq istəyirlər.

Artıq Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğınla əlaqədar Dövlət Komissiyası qərara alıb ki, bütün ailələr Bakıda istənilən yerdə mənzil kirayələyə bilər. Bunun haqqı dövlət tərəfindən ödəniləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti