Azərbaycan, Bakı, 20 may /Trend, müxbir İlkin İzzət/
Bakıda yaşayış binalarının yanğına həssas üzlüklərinin sökülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Trend-in məlumatına görə, Bakı şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında bildirib ki, Bakıda bəzi binaların üzlüklərinin sökülməsi ilə bağlı mediada yayılan məlumatlar həqiqətə uyğun deyil.