...

Abid Şərifov baş verən yanğınla bağlı göstərişlər verib

Cəmiyyət Materials 22 May 2015 10:10 (UTC +04:00)
Baş nazirin müavini, Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov səhər saatlarında yanğın baş verən əraziyə gedib.
Abid Şərifov baş verən yanğınla bağlı göstərişlər verib

Azərbaycan, Bakı, 22 may /Trend, müxbir İlkin İzzət/

Baş nazirin müavini, Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov səhər saatlarında yanğın baş verən əraziyə gedib.

Trend-in hadisə yerində olan əməkdaşının məlumatına görə, Abid Şərifov Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovla birlikdə əraziyə baxış keçirib, binada təmir-bərpa işlərinə hazırlıqla bağlı göstərişlər verib.

Qeyd edək ki, binanın bərpa olunması ilə bağlı qərar qəbul edilib.

Xatırlaqdaq ki, mayın 19-da Binəqədi rayonunda yerləşən çoxmərtəbəli binada baş verən yanğın nəticəsində 15 nəfər ölüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti