...

Bakıda yanğın baş verən binada telefon və internet borcları silindi

Cəmiyyət Materials 22 May 2015 12:03 (UTC +04:00)
Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərar qəbul edib. Bu barədə Trend-ə nazirin müşaviri Müşfiq Əmirov məlumat verib.
Bakıda yanğın baş verən binada telefon və internet borcları silindi

Azərbaycan, Bakı, 22 may /Trend/

Paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi qərar qəbul edib. Bu barədə Trend-ə nazirin müşaviri Müşfiq Əmirov məlumat verib.

Belə ki, zərəçəkənlərə öz dəstəyini göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borcları nazirlik hesabına ödəniləcək.

Müşfiq Əmirov bildirib ki, yanmış binanın sakinləri qarşıdakı aylarda məskunlaşacaqları istənilən yerlərdə və mənzilləri bərpa olunduqdan sonra öz evlərində telefon və internet xətlərinin çəkilməsi pulsuz həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti