...

Dövlət qulluğunda işləmək istəyənlər üçün növbəti imkan

Cəmiyyət Materials 10 İyun 2015 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İlkin İzzət/

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün ümumi müsahibə və müsahibə elan edir.

Komissiyadan Trend-ə verilən məlumata görə, ümumi müsahibədə və müsahibədə iştirak etmək istəyən vətəndaşlar sənədlərini 10 iyun 2015-ci il tarixdən 29 iyun 2015-ci il tarixdə saat 18:00-dək Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyaya təqdim etməlidirlər.

Müraciət forması şəxsən (bazar ertəsi - cümə günləri saat 09:00-dan 12:30-dək və 14:00-dan 17:30-dək) və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti