...

Azərbaycanda orta məktəblərdə xarici dilin tədrisi ilə bağlı qoyulan tələblər açıqlanıb

Cəmiyyət Materials 3 İyul 2015 13:28 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə xarici dilin tədrisi ilə bağlı qoyduğu tələbləri açıqlayıb.
Azərbaycanda orta məktəblərdə xarici dilin tədrisi ilə bağlı qoyulan tələblər açıqlanıb

Azərbaycan, Bakı, 3 iyul /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi orta məktəblərdə xarici dilin tədrisi ilə bağlı qoyduğu tələbləri açıqlayıb.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Azərbaycanın ümumtəhsil məktəbində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır. Tədrisi I sinifdən başlanan xarici dil şagirdin məktəbdə öyrəndiyi əsas xarici dil hesab edilir.

Bir neçə xarici dil tədris olunan məktəbdə övladı üçün müvafiq xarici dil onun valideyni (digər qanuni nümayəndəsi) tərəfindən seçilir. Valideynlərin (digər qanuni nümayəndələrin) seçimi ilə bağlı zərurət yaranarsa, eyni sinifdə iki xarici dil qrupu təşkil oluna bilər.

Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən tədris olunur. Müvafiq pedaqoji kadr potensialı və tədris bazası olduğu halda, ikinci xarici dilin tədrisindən və öyrənilməsindən imtina olunması yolverilməzdir. I və V siniflərdən başlayaraq tədris edilən xarici dillərin növbəti siniflərdə dəyişdirilməsinə yol verilmir. Xarici dil üzrə müvafiq pedaqoji kadr potensialı olmadığı halda ibtidai siniflərdə xarici dilə ayrılan saat ana dilinin (tədris dili) tədrisinə verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti