...

Bu gün Bakı-Sumqayıt qatarlarından neçə sərnişin istifadə etdi?

Cəmiyyət Materials 15 Sentyabr 2015 20:58 (UTC +04:00)
Bu gün Bakı-Sumqayıt qatarlarından 2000 sərnişin istifadə edib.
Bu gün Bakı-Sumqayıt qatarlarından neçə sərnişin istifadə etdi?

Azərbaycan, Bakı, 15 sentyabr /Trend/

Bu gün Bakı-Sumqayıt qatarlarından 2000 sərnişin istifadə edib.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov Trend-ə bildirib ki, Bakı-Sumqayıt qatarları gün ərzində təqribən 2000 sərnişinə xidmət edib.

Onun sözlərinə görə, qatarların xətlərə yenicə buraxıldığını, bəzi sərnişinlərin hələ tam məlumatlı olmadığını nəzərə alsaq, bu heç də kiçik göstərici deyil: "Bu o deməkdir ki, gələcəkdə Bakı və Sumqayıt arasında sərnişin sıxlığını aradan qaldıra biləcəyik".

Qeyd edək ki, sentyabrın 12-də Bakı-Sumqayıt marşrutu ilə ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb, elektrik qatarları sentyabrın 12, 13 və 14-də sərnişinlərə pulsuz xidmət göstərib. Bu gündən isə qatarlar Tarif (qiymət) Şurasının müəyyən etdiyi tariflərə uyğun olaraq sərnişinlərə xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti