...

"Deloitte" ilk dəfə olaraq media üçün təlim keçirib (FOTO)

Cəmiyyət Materials 22 Sentyabr 2015 15:48 (UTC +04:00)
"Deloitte" şirkəti yerli KİV nümayəndələri üçün təlim təşkil edib.
"Deloitte" ilk dəfə olaraq media üçün təlim keçirib (FOTO)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

"Deloitte" şirkəti yerli KİV nümayəndələri üçün təlim təşkil edib.

Təlimdən əvvəl "Deloitte" şirkətinin idarəedici partnyoru Nuran Kərimov şirkət haqqında, eyni zamanda şirkətin indiyə qədər həyata keçirdiyi layihələr haqqında məlumat verib. O bildirib ki, təlim hazırda çox aktual bir mövzuya çevrilən maliyyə hesabatlarının təhlilinə və analizinə həsr olunub.

Təlimi "Deloitte" şirkətinin audit üzrə baş meneceri Nərgiz Mustafayeva aparıb. N.Mustafayeva təlim iştirakçılarına şirkətlərin fəaliyyətinin nəticələrini və maliyyə hesabatlarını düzgün təhlil edərək obyektiv şəkildə ictimaiyyətə ötürülməsində rolu barədə geniş məlumat verib. O bildirib ki, təlimdə əsas məqsədlərdən biri də iqtisadiyyatda baş verən trendləri və bunun şirkətlərin fəaliyyətində necə əks olunmasını daha yaxşı anlamaqdır.

Təlim media nümayəndələrinə şirkətlərin fasiləsizlik prinsipinə əsasən fəaliyyətlərini davam etdirə bilmək imkanlarını təhlil etməkdə, həmçinin şirkətlərin maliyyə sağlamlığı barədə daha tutarlı tədqiqatlar aparmaqda kömək edəcək.

Təlim zamanı aşağıdakı mövzülara toxunulub:

- maliyyə hesabatlarının düzgün təhlilinin media üçün əhəmiyyəti;
- Maliyyə Hesabatının Beynəlxalq Standartları (MHBS) və tətbiqi;
- maliyyə hesabatlarının növləri və əldə olunan məlumatın istifadəsi;
- MHBS üzrə hazırlanmış maliyyə hesabatlarını necə düzgün oxumalı və şirkətin fəaliyyətinin effektivliyini xarakterizə edə biləcək əsas göstəriciləri harada axtarmalı;
- investorlar və maliyyə təşkilatları üçün vacib sayılan göstəricilər və onların hesablanması;
- maliyyə hesabatları üzrə ifadə olunan müstəqil auditor rəyi və onun növləri.

"Deloitte" haqqında

"Deloitte" adı Birləşmiş Krallığın qanunvericiliyi əsasında qeydiyyatdan keçərək zəmanətlə məhdudlaşdırılmış "Deloitte Touche Tohmatsu Limited" şəbəkəsinə daxil olan üzv şirkətlərdən birinə və ya bir neçəsinə və əlaqədar müəssisələrinə aid ola bilər. DTTL və bu şəbəkəyə daxil olan hər bir üzv şirkət ayrı-ayrılıqda hüquqi şəxslər və müstəqil müəssisələrdir. DTTL (həmçinin "Deloitte Global") müştərilərə xidmətlər göstərmir. DTTL və ona üzv şirkətlər barədə ətraflı məlumat üçün www.deloitte.com/about səhifəsinə daxil olun. Deloitte Azərbaycanın hüquqi strukturu barədə ətraflı məlumat üçün http://www2.deloitte.com/az/az/pages/about-deloitte/articles/about-deloitte.html səhifəsinə daxil olun.

"Deloitte" müxtəlif sənaye sahələrində çalışan dövlət müəssisələrinə və özəl müştərilərə audit, vergi, konsaltinq və maliyyə məsləhəti xidmətləri göstərir. Dünya üzrə 150-dən çox ölkədə və ərazidə əlaqəli üzv şirkətlər şəbəkəsi ilə "Deloitte" ən çətin iş məsələlərini həll etmək üçün müştərilərinə lazım olan ideyaları təmin etməklə onlara beynəlxalq səviyyəli imkanlar və yüksək keyfiyyətli xidmətlər təklif edir. Deloitte-in regiondakı 210,000-dən artıq peşəkar mütəxəssisi xidmətlərin göstərilməsində mükəmməllik nümunəsi olmağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti