...

Müdafiə naziri Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi

Cəmiyyət Materials 23 Sentyabr 2015 10:38 (UTC +04:00)
Müdafiə naziri Zakir Həsənov Qurban bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.
Müdafiə naziri Silahlı Qüvvələrin şəxsi heyətini təbrik etdi

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İlkin İzzət/

Müdafiə naziri Zakir Həsənov Qurban bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Qurban bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edib. Təbrikdə deyilir:

"Yoldaş zabitlər, gizirlər, miçmanlar, çavuşlar, əsgərlər və matroslar!

Sizi Qurban bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Xalqımızın milli-mənəvi dəyərlərini daima yüksək tutan ümummilli lider Heydər Əliyev milli və dini adət-ənənələrimizin qorunub saxlanılmasına layiqli töhfələr vermişdir. Bərabərlik və mənəvi təmizlik kimi yüksək əxlaqi hisslər aşılayan, nəsildən-nəslə ötürülərək bu günümüzə qədər yaşadılan Qurban bayramı yüksək səviyyədə qeyd olunur.

Möhtərəm prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmiz sivil və demokratik inkişaf yolu ilə inamla irəliləyir. Bu gün ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşmış, respublikamızın müdafiə qüdrəti artmış, müstəqilliyimiz daha da möhkəmlənmişdir.

İnanıram ki, bundan sonra da Azərbaycan Respublikası Konstitusiyasına, Hərbi Anda və Nizamnamələrə sadiq qalaraq respublikamızın ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğalçılardan azad olunması naminə xidməti borcunuzu şərəf və vicdanla yerinə yetirəcək, döyüş və mənəvi-psixoloji hazırlığın daha da yüksəldilməsində səylərinizi artıracaqsınız.

Hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və xidmətinizdə uğurlar arzulayıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti