Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir Hüseyn Vəliyev/
"Bakı Taksi" avtomobillərində gediş haqqının hesablanması xidməti "GoMap" (gomap.az) naviqasiya xəritəsinə əlavə edilib. Bunu Trend-ə SINAM şirkətindən deyiblər.
"Gomap.az" layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsüdür, SINAM şirkəti isə onun icraçısı qismində çıxış edir.
Marşrutun müəyyən edilməsi və taksidə gediş haqqının hesablanması xəritənin "Marşrutlar" bölməsində əlçatandır.