...

Azərbaycanda “Tərəqqi” medalınının veriləcəyi sahələrin sayı artırıldı

Cəmiyyət Materials 6 Oktyabr 2015 13:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda "Tərəqqi" medalının veriləcəyi sahələrin sayı artırılır.

Trend xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikasının "Tərəqqi" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, "Tərəqqi" medalının hüquq sahələrində xidmətlərə görə də verilməsi nəzərdə tutulur.

Qeyd edək ki, hazırda "Tərəqqi" medalı Azərbaycan vətəndaşlarına, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sənaye və kənd təsərrüfatı sahəsində qazandıqları uğurlara, böyük əhəmiyyətli ixtiralara və səmərələşdirici təkliflərin verilməsinə, elm, mədəniyyət, ədəbiyyat, incəsənət, səhiyyə sahəsində xidmətlərə, xalq təsərrüfatı obyektlərinin inşasında, yenidən qurulmasında görkəmli xidmətlərinə, bədən tərbiyəsi və idmanın inkişafında səmərəli fəaliyyətinə görə verilir.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti