...

Mübariz Qurbanlı: Azərbaycandakı dini konfessiyaların nümayəndələrinə daim xüsusi diqqət göstərilir

Cəmiyyət Materials 2 Dekabr 2015 18:00 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovu qəbul edib.
Mübariz Qurbanlı: Azərbaycandakı dini konfessiyaların nümayəndələrinə daim xüsusi diqqət göstərilir

Bakı. Elmir Murad - Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Tacikistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Zohir Saidovu qəbul edib.

Qurumdan Trend-ə verilən məlumata görə, Komitə sədri Tacikistanla Azərbaycan arasında tarixi kökləri olan mövcud dostluq münasibətlərinə toxunub, ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrdən danışıb.

M.Qurbanlı dövlət tərəfindən İslam dininə etiqad edən şəxslərlə yanaşı, Azərbaycanda yaşayan müxtəlif dini konfessiyaların nümayəndələrinə də daim xüsusi diqqət göstərildiyini bildirərək, Azərbaycanın malik olduğu uğurlu tolerantlıq modelindən söhbət açıb.

Z.Saidov, öz növbəsində, ölkələrimiz arasında dini, mədəni və humanitar sahələrdə əməkdaşlığı yüksək qiymətləndirərək bildirib ki, ikitərəfli münasibətlərimiz müxtəlif sahələrdə yüksələn xəttlə inkişaf edir.

Görüşün sonunda səfir səmimi qəbula görə Dövlət Komitəsinin sədrinə təşəkkürünü bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti