...

AMEA-nın Dilçilik İnstitutuna yeni direktor təyin olunub

Cəmiyyət Materials 11 Dekabr 2015 12:46 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.
AMEA-nın Dilçilik İnstitutuna yeni direktor təyin olunub

Bakı. Elmir Murad - Trend:

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutuna yeni direktor təyin olunub.

Bu barədə Trend-ə İnstitutdan bildiriblər.

Verilən məlumata görə, instituta yeni təyin olunan direktor AMEA-nın müxbir üzvü Möhsün Nağısoyludur. Təyinat bu gün saat 12:00-da həyata keçirilib.

Qeyd edək ki, M.Nağısoylu bir müddət idi ki, İnstitutun direktor vəzifəsini icra edirdi.

Xatırladaq ki, Dilçilik İnstitutunun direktoru akademik Tofiq Hacıyev noyabrın 27-də mənzilində dəm qazından boğularaq dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti