...

Stiven Siqalın Heydər Əliyev Mərkəzindəki konsertinin maraqlı şoularından biri açıqlandı (VİDEO)

Cəmiyyət Materials 13 Dekabr 2015 22:14 (UTC +04:00)
Dekabrın 16-ı və 17-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək məşhur Hollivud ulduzu Stiven Siqal bu gün Bakıda ilk məşqini edib.
Stiven Siqalın Heydər Əliyev Mərkəzindəki konsertinin maraqlı şoularından biri açıqlandı (VİDEO)

Bakı. Trend:

Dekabrın 16-ı və 17-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edəcək məşhur Hollivud ulduzu Stiven Siqal bu gün Bakıda ilk məşqini edib.

Heydər Əliyev Mərkəzinin səhnəsində keçirilən məşqdə "Natiq" ritm qrupunun üzvləri də olub. Belə ki, Bakı konsertində Stiven Siqal Azərbaycan ritmlərindən ibarət kompazisiya da təqdim edəcək.

İki gün keçiriləcək konsertdə izləyiciləri digər maraqlı musiqi təqdimatları da gözləyir.

Konsertin biletlərini Mərkəzin kassasından əldə etmək olar.

Bu gün keçirilən məşqdən qısa videonu sizə təqdim edirik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti