...

Adil Məhərrəmov Hesablama Palatasının sədr müavini vəzifəsinə yenidən təsdiq edildi

Cəmiyyət Materials 29 Dekabr 2015 13:10 (UTC +04:00)
Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov və auditorlar yenidən bu vəzifəyə təyin edilib.
Adil Məhərrəmov Hesablama Palatasının sədr müavini  vəzifəsinə yenidən təsdiq edildi

Bakı. Elçin Mehdiyev - Trend:

Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov və auditorlar yenidən bu vəzifəyə təyin edilib.

Trend-in məlumatına görə, bu barədə qərar Milli Məclisin bu gün keçirilən plenar iclasında qəbul edilib.

Belə ki, iclasda Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə A.Məhərrəmovun sədr müavini, Cəfər Həsənovun, Firsənd Qurbanovun və Vaqif Həsənovun yenidən Hesablama Palatasının auditoru vəzifəsinə təyin olunması ilə təkli irəli sürüb.

Təklif səsə qoyularaq, qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti