Bakı. Samir Əli - Trend:
Ötən il Hərbi Prokurorluğun vəzifə borclarını layiqincə yerinə yetirən 12 işçisinə respublika hərbi prokurorunun əmrinə əsasən məharət dərəcələri verilib.
Trend-in məlumatına görə, bunu Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında bildirib.
Azərbaycan Baş prokurorunun və hərbi prokurorun müvafiq əmrləri ilə 7 işçi vəzifədə irəli çəkilib, xidməti fəaliyyətlərində fərqlənmiş 44 əməkdaş həvəsləndirilib, 49 işçi müxtəlif medallarla təltif olunub, 72 əməkdaşa rütbələr verilib.
Bununla yanaşı, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə Hərbi Prokurorluğun 22 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.