...

Fransa səfiri UNEC-in qış məktəbinin açılışında iştirak edib (FOTO)

Cəmiyyət Materials 3 Fevral 2016 16:06 (UTC +04:00)
Fevralın 3-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəllimləri üçün qış məktəbinə start verilib.
Fransa səfiri UNEC-in qış məktəbinin açılışında iştirak edib (FOTO)

Bakı. Trend:

Fevralın 3-də Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) müəllimləri üçün qış məktəbinə start verilib.

Universitetdən Trend-ə verilən məlumata görə, UNEC-in Quba Tədris, İdman və İstirahət Kompleksində təşkil olunan məktəbin rəsmi açılış mərasimində Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez iştirak edib.

UNEC-in rektoru, professor Ədalət Muradov təhsilverənlərin elmi-pedaqoji biliklərinin artırılması, müasir tədris bacarıqlarını inkişaf etdiriləsi məqsədi ilə təşkil edilən qış məktəbinin təhsil naziri Mikayıl Cabbarovun təşəbbüsü ilə həyata keçirildiyini bildirib. Bu gün start verilən təlimlərin "Universitet Sistemində İnteraktiv Təhsil" mövzusuna həsr edildiyini qeyd edib. Paris Sorbon Universiteti - Abu Dabi professoru Florent Pratlongun keçdiyi təlimlərdə UNEC-in 100 müəlliminin iştirak etdiyini bildirib.

Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım O.Buşez UNEC ilə tanışlığından məmnun qaldığını bildirib. Fransanın təhsil sektorundan söz açan səfir, dünyanın nüfuzlu ali təhsil ocaqlarından biri olan Paris Sorbon Universitetinin təcrübəsindən yararlanmağın müsbət tərəflərindən danışıb.

Tədbirdə qış məktəbinin davamlı olacağı bildirilib. Növbəti mərhələdə Türkiyənin Uludag Universitetinin professoru Ercan Dülgeroğlu UNEC-in 30 müəlliminə təlim keçəcək. Bundan başqa, UNEC-in 15 professoru Türkiyənin ali təhsil sistemi ilə yaxından tanış olmaq üçün Türkiyəyə ezam edilib. Eyni zamanda, UNEC də nümunəvi dərslərə start verilib. Nümunəvi dərslərdə UNEC-in professor və kafedra müdirləri öz biliklərini universitetin gənc müəllim və əməkdaşlarına ötürürlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti