Bakı. Maksim Tsurkov - Trend:
"Azərbaycan Hava Yolları" QSC bu il martın 1-dən Bakı-Tbilisi istiqaməti üzrə reyslərin uçuş vaxtını dəyişəcək. Bunu Trend-ə QSC-nin mətbuat xidmətindən deyiblər.
Mətbuat xidmətindən bildiriblər ki, hazırda Tbilisiyə reyslər hər gün Bakı vaxtı ilə saat 09:30-da həyata keçirilirsə, martın 1-dən uçuş çərşənbə axşamları və bazar günləri saat 14:00-da Tbilisiyə yerli vaxtla saat 15:10-da enişlə həyata keçiriləcək: "Həftənin qalan günləri uçuş saatları dəyişməyəcək".
Reyslərin vaxtının dəyişməsi Tbilisi aerportunun eniş-uçuş zolağındakı tikinti işləri ilə əlaqədardır.