...

“Azərbaycanın geosiyasəti”

Cəmiyyət Materials 22 Fevral 2016 13:23
Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr
“Azərbaycanın geosiyasəti”

Trend-i buradan izləyin

Yunus Oğuz

"Azərbaycanın geosiyasəti"

Əli Həsənovun kitabından qənaətə gəldiyim düşüncələr

Professor Əli Həsənov yazır: "Hərbi Doktrinada Azərbaycanın hərbi təhlükəsizliyinə təsir göstərən təhdidlər xarici və daxili olmaqla iki qrupa bölünür.

Xarici təhdidlərə:

• Azərbaycanın 20% ərazisinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında saxlanılması;
• qonşu dövlətlər tərəfindən ona qarşı əsassız ərazi iddialarının irəli sürülməsi;
• ölkənin daxili siyasi və sosial-iqtisadi vəziyyətinin gərginləşməsinə, sabitliyin pozulmasına yönəldilmiş separatçı və dini-ekstrimist hərəkətlər;
• dövlət sərhədinin hərbi birləşmələr və silahlı dəstələr tərəfindən pozulması, sərhəd mübahisələrinin kəskinləşməsi"
• digər dövlətlər tərəfindən ölkə ərazisinə göndərmək üçün qanunsuz silahlı qrupların və terrorçuların hazırlanması;
• dövlət sərhədləri və ərazi sularının bilavasitə yaxınlığında hərbi bazaların yaradılması, qoşun qrupların cəmləşdirilməsi, silahların artırılması və digər hərbi iştirakın gücləndirilməsi;
• ölkənin daxili işlərinə hər hansı mümkün kənar hərbi müdaxilə;
• qonşu ölkələrin dövlətlərarası münaqişələrdə iştirakı;
• müxtəlif xarici dairələrin təsiri altında nüvə və ya digər kütləvi qırğın silah növlərinin yayılması və s. daxildir.

Daxili hərbi təhdidlərə:

• ölkə qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələrin və yaxud qrupların yaradılması cəhdləri;
• terrorçu, dini-ekstremist və separatçı təşkilatların daxili sabitliyin və ölkənin ərazi bütövlüyünün pozulmasına yönəldilmiş qanuna zidd əməlləri;
• Konstitusiya quruluşu əleyhinə qəsdlər, dövlət hakimiyyəti və idarəetmə orqanlarının təşkilati strukturunun dağıdılması və ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş cəhdlər;
• hərbi təhlükəsizliyə təhdid yaradan mütəşəkkil cinayətkarlıq və digər qanuna zidd fəaliyyəti;
• təxribat və terror aktları və digər qanuna zidd əməlləri həyata keçirmək üçün istifadə oluna bilən silah-sursatın, partlayıcı maddələrin və digər vasitələrin ölkə ərazisində qanunsuz toplanması və dövriyyəsi;
• hərbi əhəmiyyətli və mühüm dövlət obyektlərinə, kommunikasiya qurğularına və informasiya infrastrukturuna qarşı silahlı hücumlar, təxribatlar və s.aiddir". (s. 895-897)

Qeyd edək ki, Hərbi Doktrinanın əsasını AR Konstitusiyası, qanunları, hüquqi-normativ aktları, Milli Təhlükəsizlik Konsepsiyasi, həmçinin dövlətin tərəfdar çıxdığı beynəlxalq müqavilələr təşkil edir.

Eyni zamanda, burada beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallar istisna olmaqla, Azərbaycan dövləti öz ərazisində xarici hərbi bazaların yerləşdirilməsinə yol vermədiyi qeyd olunur.

Müəllif bu sənəddə öz əksini tapan və müdafiə sistemini təşkil edən səlahiyyətlərin də vəzifələrini qeyd edir. Bu səlahiyyətlərə uyğun olaraq onların həyata keçirdikləri tədbirlər, o cümlədən silahlı qüvvələr və başqa silahlı birləşmələrin qarşısında qoyduqları vəzifələr, hərbi səfərbərlik elan etmək, səfərbərliyin səviyyəsini, döyüş hazırlığı dərəcəsini müəyyən etmək və s. məsələlər- "dinc dövr", "real təhdid dövrü" və "müharibə, yaxud silahlı münaqişə dövrü" adlanan üç yerə bölünür.

Cənubi Qafqaz bölgəsində, Xəzər-Qara dəniz hövzəsində dövlətlərin ümumi təhlükəsizliyini təmin edən iki sistem mövcuddur. Onlardan biri Rusiyanın təşkil və bilavasitə rəhbərlik etdiyi KTMT, ikincisi isə NATO bloku, eyni zamanda müstəqil olaraq öz təhlükəsizliyinin qeydinə qalan İrandır. Azərbaycan milli təhlükəsizliyini və milli maraqlarını nəzərə alaraq hər hansı sistemə qoşulmağı özünə məqbul saymır. Belə şəraitdə, kənar təsir və siyasi, hərbi müdaxilələrdən qorunmaq üçün beynəlxalq təminatın qazanılması dövlətin xarici siyasətinin əsas prioritetlərindən birinə çevrilmişdir.
Milli təhlükəsizlik siyasətinin ikinci əsas istiqaməti Azərbaycanın sərhəd təhlükəsizliyi siyasətidir.

Qeyd edək ki, dövlətimiz quru və dənizdə 7 ölkə- Gürcüstan, Rusiya Federasiyası (həm quruda, həm dənizdə), Ermənistan, Türkiyə, İran (həm quruda, həm dənizdə), Türkmənistan (yalnız dənizdə), İran İslam (həm quruda, həm dənizdə) və Qazaxıstan (yalnız dənizdə) respublikaları ilə həmsərhəddir. Quru sərhədlərimizin uzunluğu 3370.4 km təşkil edir. Bununda müvafiq olaraq 2654.4 km-i quru, 713 km-i isə sahil xəttindən ibarətdir. Sərhədlərin uzunluğu İranla 765 km, Rusiya ilə 390.3 km, Gürcüstanla 480 km, Ermənistanla 1007, 1 km, Türkiyə ilə 15 km təşkil edir. Azərbaycanın inzibati rayonlarının 32-si bilavasitə qonşu dövlətlərlə sərhəddə yerləşir.

Azərbaycan dövlətinin sərhəd təhlükəsizliyi barədə yürütdüyü siyasət haqqında Əli Həsənov yazır: "Azərbaycan kimi çox da böyük olmayan, lakin kifayət qədər əhəmiyyətli geoməkan xarakteristikası ilə seçilən ölkələrin milli və hərbi təhlükəsizliyi təkcə onların sərhədləri daxilində- məxsusi ərazilərində həyata keçirilən tədbirlərlə məhdudlaşdırıla bilməz. Dövlətin xarici aləmlə sərhədlərinin möhkəmliyi, sərhədətrafı rayonların geosiyasi xarakteristikası- sərhəd yaxınlığında baş verə biləcək yerli, regional və transmilli cinayətlər, etnik, sosial münaqişələr və digər gözlənilə biləcək təhdidlər, yerli əhalinin milli, sosial, dini mənsubiyyəti və geosiyasi baxışları və s. Sərhəd Təhlükəsizliyi Konsepsiyasına (STK) müvafiq olaraq öncədən təhlil olunmalı, proqnozlaşdırılmalı və milli təhlükəsizlik doktrinasında əksini tapmalı, bu sahədə müvafiq hərbi və təhlükəsizlik qurumlarının fəaliyyəti əlaqələndirilməlidir..." (Bax. s. 902-903)

Təbiidir ki, sərhəd təhlükəsizliyi siyasətində bütövlükdə sərhəd təhlükəsizliyi konsepsiyası əsas götürülməsinə baxmayaraq, geosiyasi, geoiqtisadi və hərbi-geostrateji və milli maraqları nəzərə alaraq Azərbaycan dövləti hər bir sərhəd qonşu dövlətə münasibətdə xüsusi siyasət yürüdür və fikirləşirəm ki, bu məhz belə olmalıdır, çünki hər bir dövlətin, o cümlədən bizim dövlətin xüsusi olaraq milli maraqları mövcuddur və bu maraqlardan irəli gələn siyasət yürüdülür.

Məsələn, sərhəd qonşularımız olan Ermənistan və Türkiyə ilə münasibətdə Azərbaycan dövləti eyni münasibət sərgiləyə bilməz, çünki biri (Türkiyə) strateji tərəfdaşımız, digəri isə (Ermənistan) torpaqlarımızın işğalı üzündən və bir milyona qədər işğal olunmuş ərazilərdən köç etmiş qaçqın və köçkün olmuş səbəbindən müharibə vəziyyətindəyik. Sözsüz ki, burada fərqli siyasət yürüdüləcəyinə heç şübhəmiz də yoxdur. Yaxud, İran, Rusiya ilə münasibətlərdə fərqli siyasətin yürüdülməsi milli təhlükəsizlik siyasətimizin əsasını təşkil edəcək. Məsələn, Xəzərin akvatorlara bölünməsi məsələsində Rusiya ilə bütün problemləri çözə biləcəyimiz halda, İranla münasibətdə bunu demək mümkün deyil.

Azərbaycan müstəqillik qazandığı gündən bəri aparılan ikitərəfli danışıqlara baxmayaraq, dövlətimizin həm quru, həm də dəniz sərhədlərinin böyük hissəsi delimitasiya olunsa da, Xəzər hövzəsində İran və Türkmənistanla, quruda isə Gürcüstanla sərhədlər tam demarkasiya olunmamış və proses hələ də davam edir. Ermənistanla müharibə vəziyyətində olduğumuza görə onunla hətta sərhəd delimitasiyası həyata keşirilməmişdir.

Hörmətli professor bu fəslin ikinci paraqrafına yekun vuraraq yazır ki, XXI əsrdə getdikcə vüsət alan qloballaşmanın yeni tələbləri çərçivəsində hər bir dövlət kimi, Azərbaycanda özünün milli təhlükəsizlik məsələlərini yenidən təhlil edərək, onu müasir texniki vasitələrin yaratdığı reallığın, dövrün və zamanın tələblərinə uyğunlaşdırılmalıdır.
Ardı var

Məqalədə:
Xəbər lenti

Xəbər lenti