...

Bakı-Qazax yolunun bir hissəsi təmir olunur (VİDEO/FOTO)

Cəmiyyət Materials 13 Aprel 2016 15:29 (UTC +04:00)
Bakı-Qazax avtomobil yolunun 68-80-ci km-lik hissəsi təmir olunur.
Bakı-Qazax yolunun bir hissəsi təmir olunur (VİDEO/FOTO)

Bakı. Trend:

Payız-qış mövsümündən sonra respublika avtomobil yollarında asfalt-beton örtüyünün deformasiyaya uğramış və dağılmış hissələrinin bərpası istiqamətində aparılan işlər çərçivəsində Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində də təmir işləri həyata keçirilir.

"Azəravtoyol" ASC-dən Trend-ə verilən məlumata görə, təmir-bərpa işləri sözügedən ərazidə hər iki istiqamət üzrə aparılır.

Sözügedın avtomobil yolunun 68-80-ci kilometrlik hissəsində asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsilə qaşınaraq kənara daşınır. Təmizlənmiş hissələrə isə yeni asfalt-beton örtüyü döşənir. Ümumilikdə 22 min kv.m ərazinin asfaltlanması işləri aparılır.

Bütün işlər tərtib olunmuş qrafikə uyğun və yüksək keyfiyyətlə aparılır. Təmir işlərinin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti