...

AVCİYA-nın petisiya layihəsi Mingəçevir Dövlət Universitetində müzakirə edilib

Cəmiyyət Materials 16 Aprel 2016 14:16 (UTC +04:00)
Aprelin 13-də Mingəçevir Dövlət Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiya layihəsi çərçivəsində tədbir keçirilib.
AVCİYA-nın petisiya layihəsi Mingəçevir Dövlət Universitetində müzakirə edilib

Bakı. Trend:

Aprelin 13-də Mingəçevir Dövlət Universitetində Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən "Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə" adlı petisiya layihəsi çərçivəsində tədbir keçirilib.

Xatırladaq ki, layihə çərçivəsində Ağ Ev Administrasiyasının internet resursunda AVCİYA prezidenti Elxan Süleymanovun imzası ilə Obama Administrasiyasına petisiya ilə müraciət olunub.

Mingəçevir Dövlət Universitetinin professor-müəllim və tələbə heyətinin iştirak etdiyi tədbiri giriş sözü ilə universitetinin prorektoru Rövşən Əliyev açıb. O, petisiyanın əhəmiyyəti barədə danışıb.

AVCİYA-nın əməkdaşı Bəxtiyar Məmmədli petisiya layihəsinin zərurəti və görülən işlər barədə məlumat verib. B.Məmmədli qeyd edib ki, petisiyada qeyd olunan müddəalar AŞ PA-nın 2085 (2016) saylı qətnaməsində də əksini tapıb. Həmin qətnamədə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi vurğulanır.

Daha sonra tədbir iştirakçılarına səsvermə qaydaları barədə məlumat verilib və onların sualları cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti